AFN.AZ / Əfqan ordusu və Taliban arasında qarşıdurma:

Əfqan ordusu və Taliban arasında qarşıdurma:

Əfqan ordusu və Taliban arasında qarşıdurma:


Cümə günündən bəri Əfqanıstanın Qəzni şəhərində ordu qüvvələri ilə Taliban arasında yaşanan qarşıdurmada 103 nəfər ölüb, 133 nəfər yaralanıb.



Qaynarinfo Ria Novosti-yə istinadən xəbər verir ki, dünyasını dəyişənlərin 90-ı təhlükəsizlik əməkdaşı, 13-ü isə mülki vətəndaşdır, lakin terrorçu qrupun da çox sayda itki ilə üzləşdiyi deyilir.

Cümə günündən bəri terrorçular Qəzniyə bir neçə istiqamətdən hücuma keçərək şəhərə daxil olmağa çalışırlar.

Son məlumata görə, şəhər Əfqan ordusunun nəzarətindədir və döyüşlər şəhər ətrafında davam edir.
12-08-2018, 12:33
Geri qayıt