AFN.AZ / Ermənistanda daha iki sabiq məmur həbs olundu

Ermənistanda daha iki sabiq məmur həbs olundu

Ermənistanda daha iki sabiq məmur həbs olundu


Aşkar edilmiş sui-istifadə faktları ilə əlaqədar Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş yüksək vəzifəli məmurları həbs edilib.

Virtualaz.org bildirir ki, bunu "Joxovurd" qəzetinə müsahibəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin başçısı Artur Vanesyan deyib.

A.Vanesyanın sözlərinə görə, keçmiş nazir müavini Hamlet Akopyan və FHN Aparatının sabiq rəhbəri Qaqik Ayrapetyan həbs ediliblər. Onlar büdcə vəsaitlərinin mənimsənməsində ittiham olunurlar.

Nəşr yazır ki, Hamlet Akopyan bu vəzifəyə 2016-cı ilin martında təyin edilib, ondan əvvəl isə FHN-in Aparat rəhbəri postunu tutub.
17-08-2018, 12:48
Geri qayıt