AFN.AZ / Gürcüstanda prezidentliyə namizəd narkotik festivalı keçirməyi təklif edir

Gürcüstanda prezidentliyə namizəd narkotik festivalı keçirməyi təklif edir

Gürcüstanda prezidentliyə namizəd narkotik festivalı keçirməyi təklif edir


Gürcüstanda özünəməxsus təklifləri ilə tanınan “Qirçi” partiyasının liderlərindən biri, prezidentliyə namizəd Qeorqi Caparidze ölkədə keçiriləcək prezident seçkilərinə bir həftə qalmış, oktyabrın 20-də narkotik festivalı (festival konopili) keçirməyi planlaşdırır.

AzərTAc xəbər verir ki, bununla əlaqədar siyasi partiya bəyanat yayıb. Bəyanatda deyilir ki, festivala azadlıq istəyən bütün vətəndaşlar gəlməlidirlər. Bu aksiya marixuananın becərdilməsi və istifadəsinin leqallaşdırılmasına yönəlib.

Partiyadan həmin gün marixuananın açıq satışının da təşkil olunacağını istisna etməyiblər.

Qeyd edək ki, “Qirçi” partiyası bundan əvvəl də marixuananın və fahişəliyin leqallaşdırılması, Gürcüstanın müstəqil kriptovalyutasını yaratmağı təklif edib. Bu siyasi partiya Gürcüstanda hərbi çağırışdan möhlət almağa çalışan kişilərə kömək etmək üçün “Xristian Yevangelist Protestant Tövrat Azadlığı Kilsəsi” dini təşkilatını rəsmi qeydiyyatdan keçirib.
12-10-2018, 11:28
Geri qayıt