AFN.AZ / Rusiyada çeçenlər və tatarlar arasında kütləvi dava-

Rusiyada çeçenlər və tatarlar arasında kütləvi dava-

Rusiyada çeçenlər və tatarlar arasında kütləvi dava-


Rusiyanın Tümen vilayətinin Tobolsk rayonundakı “Voyaj” kafesində kütləvi dava baş verib.



Ura.ru saytının verdiyi məlumata görə, tatar və çeçen diasporları arasında dava fevralın 9-u, gecə saatlarında olub.

Onlar əvvəlcə rəqs meydanında dalaşıblar, daha sonra isə kafedəki stullarla bir-birinə hücum ediblər.

Münaqişəyə kafeyə gələn iki müştəri arasındakı mübahisə səbəb olub.

Polis davanın bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirib. Faktla bağlı cinayət işi başlanıb.



Mənbə: Musavat.com
12-02-2019, 20:10
Geri qayıt