AFN.AZ / Astana şəhəri rəsmi şəkildə Nur-Sultan oldu

Astana şəhəri rəsmi şəkildə Nur-Sultan oldu

Astana şəhəri rəsmi şəkildə Nur-Sultan oldu


Qazaxıstanın yeni Prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.



Dvlət başçısının imzaladığı qanunda deyilir: “Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın”.

Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi.

Xatırladaq ki, Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub. Şəhərə Astana adı (mənası “paytaxt”) 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib. (Trend)
23-03-2019, 11:38
Geri qayıt