AFN.AZ / Corc Soros ABŞ-da inqilab hazırlamaqda ittiham olundu

Corc Soros ABŞ-da inqilab hazırlamaqda ittiham olundu

Corc Soros ABŞ-da inqilab hazırlamaqda ittiham olundu


ABŞ prezidenti Donald Trampa yaxın olduğu bilinən, mediamaqnat Rupert Merdoka mənsub “Fox News” kanalının aparıcısı Taker Karlson milyarder Corc Sorosu ABŞ-da radikal ideologiyanı yaymaqda aittiham edib.



“İnsanlar Sorosun bu ölkəni necə düzəltmək istədiyini bilmirlər, lakin bilməlidirlər”,-deyə Karlson bildirib.

Teleaparıcının sözlərinə görə, Filadelfiya ştatında dairə prokurorları Corc Sorosun pullları və nüfuzu ilə seçiliblər. “Filadelfiyada

C.Soros prokuror Larri Krasneri dəstəkləyib. Əvəzində isə burada son on ildə qətl hadisələrinin sayı rekord səviyyəyə çatıb”,-deyə Karlsonun tamaşaçılara müraciətində vurğulayıb.

Karlsonun danışdırdığı digər prokuror da Corc Sorosu dairə prokurorlarının seçimində seçiciləri pulla ələ almaqda suçlayıb. O, macar əsilli milyarderin hərəkətlərini qeyri-legitim və anti-demokratik adlandırıb. (Musavat.com)
11-06-2019, 16:14
Geri qayıt