AFN.AZ / Çin və ABŞ “ticarət müharibəsini” dayandırdılar

Çin və ABŞ “ticarət müharibəsini” dayandırdılar

Çin və ABŞ “ticarət müharibəsini” dayandırdılar


ABŞ Çindən idxal olunan məhsullara əlavə gömrük tarifləri tətbiq etməyəcək.



Bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində “Böyük iyirmilər” (G20) qrupunun zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən və 1 saat 20 dəqiqə davam edən ikitərəfli görüşdə deyib.

Çin KİV-ləri isə yazırlar ki, görüşün nəticəsi olaraq Çin və Amerika tərəfləri ticarət məsələləri üzrə bərabərlik və qarşılıqlı hörmət əsasında məsləhətləşmələr aparmağa razılıq veriblər.

Xatırladaq ki, mayın ortalarında keçirilən ABŞ-Çin ticarət danışıqlarının sonuncu raundu Birləşmiş Ştatların Çin məhsullarına rüsumları növbəti dəfə artırmaq barədə qərarı fonunda nəticəsiz yekunlaşmışdı. ABŞ Çindən idxal olunacaq 200 milyard dollarlıq məhsullara rüsumları 10 faizdən 25 faizə qədər artırmışdı. Donald Tramp, həmçinin Çindən gətirilən digər məhsulların rüsumlarının artırılması prosesinə başlamaq barədə də göstəriş vermişdi. Çin Maliyyə Nazirliyi isə bunun cavabında iyunun 1-dən ABŞ-dan idxal olunacaq 60 milyard dollarlıq məhsullara artırılmış rüsumlar tətbiq etməyə başlayıb. (virtualaz.org)
29-06-2019, 12:04
Geri qayıt