AFN.AZ / Tramp “Google” şirkətinin onu devirmək istədiyini bildirib

Tramp “Google” şirkətinin onu devirmək istədiyini bildirib

Tramp “Google” şirkətinin onu devirmək istədiyini bildirib


ABŞ prezidenti Donald Tramp bundan sonra Google şirkətinin fəaliyyətini diqqətlə izləyəcəyini bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri dünyanın ən böyük texnologiya nəhənglərindən birini onu devirmək istəməkdə suçlayır.

D.Trampın belə bir iddia ilə çıxış etməsinə səbəb “Google” şirkətinin keçmiş işçisi Kevin Serneki adlı bir nəfərin “Fox Business Network” kanalına verdiyi müsahibə olub.

Burada K.Serneki şirkətin Donald Trampa olduqca neqativ münasibət bəslədiyini və növbəti seçkilərdə onun qalib gəlməməsi üçün əlindən gələni edəcəyini söyləyib.

ABŞ prezident elə əvvəllər də “Google” şirkətini 2016-cı il seçkilərində rəqibi Hillari Klinton haqqında neqativ informasiyaları qəsdən gizlətməkdə ittiham edirdi.

“Sundar Piçay (“Google”un rəhbəri) oval kabinetdəki söhbət zamanı məni necə sevdiyini, administrasiyanın gözəl işlədiyini, şirkətin heç bir zaman Çin hərbçiləri ilə əməkdaşlıq etmədiyiini və 2020-ci il seçkilərinə qeyri-qanuni müdaxiləni düşünmədiklərini deyirdi. Lakin mən Kevin Sernekinin müsahibəsinə baxdıqdan sonra fikrim dəyişdi. Bütün bunlar tam olaraq qanunsuzdur. Biz “Google”u bundan sonra daha diqqətlə izləyəcəyik”,-deyə prezident ənənəvi olaraq fikrini Tvitter hesabında yazıb.

“Google” öz növbəsində keçmiş əməkdaşının müsahibəsinə reaksiya verib. Şirkət Kevin Senekini siyasi baxışlarına görə deyil, qaydaları sistematik şəkildə pozduğuna görə qovduğunu açıqlayıb. Bundan başqa, keçmiş işçi firmanın konfidensial informasiyasını yükləməyə cəhd edibmiş.
7-08-2019, 19:30
Geri qayıt