Müdafiə Nazirliyi: Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil


Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.


Müdafiə Nazirliyindən bununla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.

Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu