Lavrovun Bakıda səfər planı açıqlandı


Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri zamanı Respublika Prezidenti İlham Əliyevlə görüşəcək.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"10-11 may tarixlərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş və Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri - siyasət, iqtisadiyyat, mədəni və humanitar sahələrdə açıq və qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirməyə qərarlıdır:

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsi xüsusi diqqət yetiriləcək. Qarabağdakı vəziyyətə, Qarabağ nizamlanmasının humanitar aspektlərinə, münaqişədən sonrakı yenidənqurma və dinc həyatın qurulmasına dair məsələlərə baxılması planlaşdırılır”.

Rusiya XİN-dən əsas vəzifələr arasında bölgədəki bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmalı olduğu vurğulanıb.

"Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin rəhbərləri həmçinin aparıcı regional və beynəlxalq birliklərin - MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, QDİƏT platformalarında qarşılıqlı əlaqələrin koordinasiyasını müzakirə edəcəklər”, - deyə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu