Unibank məhkəmə qərarını saxtalaşdırmaq istəyir?- ƏKRƏM HƏSƏNOV



Xəbər verdiyim kimi, ötən həftə Nəsimi rayon məhkəməsinin hakimi Azər Paşayevin elan etdiyi Qətnaməyə əsasən Unibank borcluya (müəllimə xanıma) 1000 manat məbləğində mənəvi zərərin əvəzini ödəməlidir.

AFN xəbər verir ki, bunu tanınmış hüquqşunas Əkrəm Həsənov sosial şəbəkədə qeyd edib. O bildirib ki, bank sirrini pozduğuna (borclunun iş yerinə, qonşularına və s. borc haqda məlumat verməklə), borclunu hədələməyinə və s. görə:

"Bu Qətnamə çox vacib presedent olacaq və bankların özbaşınalığına son qoyacaq. Elə buna görə də indicə aldığım məlumata əsasən Unibank həmin borclu xanıma borcun silinməsi müqabilində iddianı geri götürmək üçün yalvarır. Əslində, Qətnamə artıq elan olunub, buna görə də iddianın geri götürülməsi mümkün deyil. Unibank hakim Azər Paşayevdən Qətnaməni saxtalaşdırmağı xahiş edəcək?"

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu