Qalmaqallı "Recep İvedik 5"-ə görə aparıcı ilə professor mübahisə etdi



Qalmaqallı "Recep İvedik 5" filminin bu günlərdə yayımlanan fraqmanındakı qalmaqala səbəb olan boks səhnəsi “Star “ televiziyasında yayımlanan “Duymayan kalmasın” proqramında müzakirə olunub.

Musavat.com xəbər verir ki, aparıcılığını Seren Serengil ilə Çingiz Semercioğlunun etdiyi proqrama filmə ilk etiraz edən Giresun Universitetinin Azərbaycan kökənli professoru Aygün Attar zəng edərək fikirlərini bölüşüb. Professor boks səhnəsinin Azərbaycanda narazılığa səbəb olduğunu və iki qardaş ölkənin münasibətlərinə ciddi ziyan vurduğunu bildirib. Aparıcı S. Serengil isə professora qatılmayaraq onu gündəmə gəlmək üçün iki ölkə arasına nifaq salmaqda günahlandırıb. Aparıcı ilə A. Attarın mübahisəsinə aparıcı Semercioğlu son qoyub. O, azərbaycanlıların həssaslığını anladığını və sözügedən səhnədə azərbaycanlı Türkiyə türkünü vursaydı, Türkiyədə eyni reaksiyalar olacağını deyib.

Qeyd edək ki, filmin fraqmanı yayımlandığı 14 saat ərzində 2 milyon nəfər tərəfindən izlənib. Filmdəki azərbaycanlı ilə Türkiyə türkünün boks səhnəsi birmənalı qarşılanmayıb və “Recep İvedik” obrazını canlandıran Şahan Gökbakar tənqidlərə məruz qalıb. Aktyor tənqidlərə “İnstaqram” hesabında cavab verib: “Biz üzmək üçün yox, güldürmək üçün varıq. Bizdə qardaş ölkəmizə qarşı yanlışlıq olmaz. Fraqmandakı aksiyona görə sadəcə son bölümünü paylaşdığımız boks səhnəsini başqa tərəfə çəkmək istəyənlər olmasın deyə filmdəki halını paylaşırıq. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram. Hamınızı sevirəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu