Şagirdi döyən müəllim xəstəxanalıq oldu- VİDEO



Astara rayonunun Şiyəkəran kənd 1 saylı məktəbində ingilis dili fənnini tədris edən Namiq Qəhrəmanov 9-cu sinif şagirdi Etibar Əkbərovu vurduğu vaxt digər şagird Yusif Əlizadə bu hadisəni telefona çəkib.

AFN.az ARB TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olan və müəllim haqqında tənqidi fikirlərin səsləndirildiyi bu hadisədə bilmədiyimiz digər məqamlar da üzə çıxdı. Məktəbdə apardığımız çəkiliş zamanı məlum oldu ki, müəllim Namiq Qəhrəmanov dərs dediyi vaxt şagirdlərdən biri xəbərdarlığa məhəl qoymayaraq onu qəsdən özündən çıxarmağa başlayıb.

Etibar Əkbərov - Şagird: "Müəllim mənə bir dəfə xəbərdarlıq elədi. Mən yenə də danışdım. Bir dəfə də dedi, ancaq mən məhəl qoymayaraq güldüm. Əvvəlcədən müəllimə qarşı hazırlanmışdım, amma bilmirdim ki, qurban mən olaram".

Əsəblərini cilovlaya bilməyən müəllim dərs bitdikdən sonra şagirdə yaxınlaşaraq onu vurub. Hadisə baş verən gündən 2 ay sonra həmin video sosial şəbəkələrdə yayılıb.

Məktəbin direktoru Teymur Heydərov bildirdi ki, məsələyə elə hadisə baş verən gün rayon təhsil şöbəsi səviyyəsində reaksiya verilib. O, qeyd edib ki, müəllimə şiddətli töhmət verilib və 42 illik pedaqoji fəaliyyəti nəzərə alınmaqla işdən azad edilməyib.

Məktəbin direktoru onu da qeyd etdi ki, görüntülər sosial şəbəkələrdə yayılandan sonra Namiq müəllimin səhhəti pisləşib və ötən gün xəstəxanaya aparılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu