20 Yanvar - xalqımızın qəhrəmanlıq səhifəsidir



Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Anma tədbirində Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları çıxış etmişlər. 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğunu xatırladan natıqlər, 27 il əvvəl müstəqillik və suverenlik uğrunda istiqlal mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən danışmışlarr. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız həmin müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucalmışlar.

Natiqlər öz çıxışlarında bildirdilər ki, uanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəymişdi. Öldü-rülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi.

Mərasimdə çıxış edən komitə əməkdaşları qeyd etmişlər ki, bütün ömrü boyu xalqın ya-nında olan Ulu Öndərimiz Heydər Əliyev xəstəliyinə baxmayaraq, faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda həlak olanların əziz xatirəsinin daim yad edildiyini bildirmişdir.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, bütün faciəsi ilə yanaşı, 20 Yanvar günü xalqımı-zın milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzidir. Faciə xalqımızın milli azadlıq uğrunda məbarizəsinin şanlı səhifəsidir. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birlə-şən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. Natiqlər 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xüsusi vurğulamışlar. Qeyd olundu ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fə-dakarlıqları xalqımızın yaddaşından heç zaman silinməyəcək.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu