DYP: Qarlı hava qəzalara səbəb olub, ölən və yaralananlar var




Bakı-Şamxı, Yevlax, Ağsu, Gəncə Daşkəsən, Şamaxı, İsmayıllı, Şəki və Lerik rayonlarının yollarında asfalt örtüyünün buz bağlaması müşahidə olunur. Amma respublika ərazisində davam edən qarlı hava şəraiti nəqliyyatın hərəkətində bəzi problemlər yaratsa da, ümumilikdə yollarda hərəkəti dayandırmayıb.


Bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Yol hərəkət təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, sutka ərzində baş verən qəzalar nəticəsində 13 nəfər dünyasını dəyişib ki, bunlardan 2-si kəskin hava şəraiti ilə əlaqədar ölənlərdir.

“Ötən gün qarlı hava şəraiti səbəbindən baş verən yol qəzaları nəticəsində 2 nəfər dünyasınnı dəyişib. Qaradağ rayonunda Xocahəsən yolunda minik və yük avtomobillərinin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Digər qəza hadisəsi isə Beyləqan rayonunda baş verib. Avtomobilin aşması nəticəsində bir nəfər dünyasının dəyişib”, - deyə K. Əliyev bildirib.

Şöbə rəisi həmçinin Bakı-Sumqayıt yolunda yaranan tıxaca da aydınlıq gətirib. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunda və Xırdalan dairəsi yaxınlığında avtomobillərin sıxlığı müşahidə olunub ki, bu da əksər sürücülərin yola nasaz avtomobillərlə çıxmaları ilə əlaqədardır.

“Xırdalan dairəsinin yaxınlığındakı yoxuşda sürücülər avtomobilləri qorxa-qorxa idarə etdiklərindən bəzi avtomobillər yolda qalıb. Lakin Ekologiya Postunun əməkdaşlarının köməyi ilə həmin avtomobillər yoldan çıxarılıb. Ümumiyyətlə, şəhərin bütün yollarına eyni vaxtda duz və qum tökmək mümkün deyil. Bir çox yollara duz və qum tökülsə də, sonradan üzərinə qar yağdığından yenidən buz bağlayıb. Qəza hadisələrinin olmaması üçün sürücülər avtomobillərində mövsümi qış şinlərindən istifadə etməlidirlər”, - deyə K. Əliyev bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu