“Azəravtoyol”dan yollardakı son vəziyyətlə bağlı açıqlama



Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC- gecə boyu gücləndirilmiş iş rejimində çalışıb. Gecədən başlayaraq Bakı şəhərində cəmiyyətin balansında olan küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, maşın-mexanizmlər və canlı qüvvə gecə boyu və səhər saatlarından başlayaraq qarın ən çox yağdığı və buzlaşmanın olduğu əraziləri, problemli yolları nəzarətdə saxlayıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

“Cəmiyyət tərəfindən aparılan qabalayıcı tədbirlərin nəticəsində qısa müdət ərzində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləisz hərəkəti təmin olunub. Hazırda “Azəravtoyl” ASC-nin balansında olan avtomobil yollarında vəziyyət normaldır. “Azəravtoyol” ASC-nin yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində gördüyü işlərə baxmayaraq yenə də nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vaitələri digər sürücülərin də hərəkətinə maneə törətməklə, yollarda tıxacların yaranmasına səbəbkar olublar. Üstəlik texnikaların vaxtında həmin ərazilərə cəlb olunmasına problem yaradıblar. Buna görə də “Azəravtoyol” ASC tərəfindən bu cür hazırlıqsız sürücülərə yollara çıxmamalarını tövsiyyə edir”, - deyə bildirilir. (virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu