Yuxu haqqında 9 maraqlı fakt




Yuxu – min illərdir ki, bəşəriyyətin əqlini narahat edən sahələrdən biri hesab olunur. Müasir elm nə qədər səy göstərsə də, yuxuların sirrini hələ də aça bilmir. Bir çox insanlar yuxuların gələcəkdən xəbər verdiyinə inanırlar. Düzdür, alimlər yuxu sirlərini izah etməyə çalışırlar, lakin bir çox məsələlər hələ də anlaşılmaz olaraq qalmaqdadır...



AFN insan yuxuları ilə bağlı 9 maraqlı faktı oxucularına təqdim edir.

1.İnsan bədəni yuxu zamanı zəifləyir. Bu həqiqətən belədir. Beynimiz özümüzə ziyan verməyək deyə, yuxu zamanı hərəkət mərkəzini və fiziki aktivliyi bir növ söndürür ki, yuxuda hərəkət etməyək.

2.Ətraf amillər yuxumuza təsir göstərir. Həqiqətən də biz yuxu zamanı çox vaxt kənar səslər, qoxular, təmaslar, otaq temperaturunu və hətta yastığın sərtliyini hiss edirik. Bütün bunlar fizioloji proseslər kimi həm yatmağımıza, həm də yuxu görməmizə təsirini göstərir.

3.daha bir maraqlı fakt – siqaret çəkməyi tərgidən adamlar, siqaret çəkənlərdən və ümumiyyətlə heç vaxt çəkməyənlərdən, daha əlvan yuxlar görürlər. Yeri gəlmişkən, bu insanlar siqaret çəkməklə bağlı da daha çox yuxu görürlər.

4.Yuxu heç də həmişə gördüklərimizi əks etdirmir. Yuxu – özünəməxsus simvolik dildir, hansı ki, bizim təhtəlşüurumuz şüurumuzla ünsiyyət qurur. Yuxuların böyük əksəriyyəti bu və ya digər emosiyaları ifadə edir.

5.Bəzi insanlar ağ-qara rəngdə yuxu görürlər. Bəli, bütün insanlar yuxu görür, amma, adamların 12 faizi məhz, ağ-qara rəngdə yuxu görür. Hələ ki, alimlər bunun sirrini izah edə bilmirlər, lakin fakt faktlığında qalır, adamlar var ki, heç vaxt rəngli yuxu görməyiblər.

6.Yuxularımızda biz o adamları görürük ki, nə vaxtsa onları haradasa görmüşük. Beyin yeni personajlar “uydura” bilmir. Şübhə edirsiniz? Əslində, çoxdan sübut olunub ki, yuxularda gördüyümüz adamlarla biz nə vaxtsa həyatda rastlaşmışıq. Məs, 40 yaşında insan 35 il əvvəl babasının avtomobilinə benzin dolduran kişini öz yuxusunda görə bilər. Həyatımız boyu biz minlərlə insanla rastlaşırıq ki, sonralar yuxumuzda da məhz, onları görürük.

7.Yuxular əsəb gərginliklərinin qarşısını ala bilir. Yuxugörmə həm dərkolunan, həm də instiktiv arzularımızın əks olunmasıdır. Məhz. yuxular bizim əsəb sistemimizin qorunmasına kömək edir.

8.Hamı yuxu görür. Əlbəttə ki, biz müxtəlif yuxular görürük, çünki bütün insanlar bir-birindən fərqlidir. Amma, gördüyümüz yuxuların 90 faizi unudulur. Bu ortalama həddir. Elə insanlar da var ki, gördükləri yuxuları çox yaxşı xatırlayırlar, lakin, elələri də var ki, ümumiyyətlə, heç nəyi yadda saxlaya bilmir. Və həmin adamlar dost və tanışlarına ümumiyyətlə, yuxu görmədiklərini söyləyirlər. Əslində isə belə deyil.

9.Kor adamlar da yuxu görə bilirlər. Düzdür, bu yalnız sonradan hansısa səbəbdən kor olanlara aiddir, çünki anadangəlmə kor doğulan insanlar yuxu görmürlər. Onlar yalnız səsli və “qoxulu” yuxular görə bilirlər.
Sonda daha bir neçə əlavə faktı barədə:
- Insan xoruldayarkən yuxu görmür
- əgər əlvan yuxu gördüyünüz zaman oyanmısınızsa, belədə gördüyünüz yuxu yaddaşda daha yaxşı qalır.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu