“Google”nin həmtəsisçisi “uçan avtomobil”i nümayiş etdirdi VİDEO




“Google”nin həmtəsisçisi Larri Peyc tərəfindən maliyyələşdirilən amerikan startapı Kitty Hawk, “uçan avtomobil”in ilk prototipini nümayiş etdirib.



AFN bildirir ki, nəhəng multikopterin nümayişi şirkətin YouTube kanalında dərc edilib.
Yüz kq çəkisi olan nəqliyyat vasitəsi bir sərnişin üçün nəzərdə tutulub. Maşın elektriklə işləyir və saatda 40 km sürət yığa bilir. Multikopter üçün heç bir lisenziya tələn olunmur, çünki aparat çox yüngül hava gəmisi hesab edilir.
“Uçan avtomobil”in satışa 2017-ci ilin sonlarında çıxarılması nəzərdə tutulub. Amma, onun qiyməti hələ müəyyənləşdirilməyib.



RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu