KİV: "Baklift"in baş direktoru işdən çıxarıldı




Bir müddət əvvəl qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən qovulub.



Bəzi KİV-lərin yazdığına görə, onun barəsində aparılan araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib.

“Qafqazinfo” isə yazıb ki, sözügedən şəxslə bağlı aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinat da olub.

Virtualaz.org-un müxbirləri Qüdrət Şükürovun qardaşı Mətləb Şükürovla əlaqə saxlayıblar və o, bu məlumatı təkzib edib. Mətləb Şükürovun sözlərinə görə, qardaşı vəzifəsindən uzaqlaşdırılmayıb və hazırda məzuniyyətdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu