İlhamə Quliyevanın oğlu OD PÜSKÜRDU: “Əlimdəki faktları açıb-töksəm, biabır olacaq”





Əməkdar artist Firuzə İbadovanın mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovla bağlı səsləndirdiyi ittiham qarşı tərəfi özündən çıxarıb.



Yenicag.az-a açıqlama verən O. Nadirov Firuzə İbadovanın onun barəsində söylədiklərini şər-böhtan adlandırıb:

“O qadın demir ki, işə polis qarışıb, qoy qarışsın. Elə mən də bu işin qanun yolu ilə həll olunmasını istəyirəm. Qoy polis araşdırsın və günahkaramsa, məni cəzalandırsın. F. İbadova mənim üzümə durur ki, ondan pul almışam. Qurana and olsun ki, onun dedikləri həqiqət deyil. Elə eləməsin ki, əlimdə olan faktları açım-töküm. Onda o özü biabır olacaq”.

Qeyd edək ki, F. İbadova Orxan Nadirovun ona 4 min manat borclu olduğunu iddia edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu