Su anbarlarının içində nə yoxdur: siçovul ölüsü, ayaqqabı tayı...

Xəbərin çap versiyası
Tarix: 19-06-2017, 19:54    |    Xəbər oxunub: 708 dəfə
Su anbarlarının içində nə yoxdur:



Sumqayıtda 130 uşağın zəhərlənməsindən sonra mənzillərə çirkli su verilməsi ilə bağlı ittihamlar davam edir.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xüsusilə yeni tikililərə məxsus su anbarlarının aylarla təmizlənmədiyini, əhaliyə çirkli su verildiyini deyir. “Su anbarları vaxtlı-vaxtında təmizlənmir, anbarların içərisində ölmüş siçovuldan tutmuş ayaqqabı tayınadək zir-zibilə rast gəlirik. Mənzillərə çirkli su verilməsi ilə bağlı təşkilatımıza hər ay şikayətlər daxil olur”,-deyə E.Hüseynov virtualaz.org saytına bildirib.

Birlik sədrinin sözlərinə görə, su anbarları xüsusi mühafizə olunmalıdır. Anbarların saxlanılmasına MTK və ya bina rəhbərliyi məsuliyyət daşıyır. “Daxili su anbarı vaxtlı-vaxtında yuyulmalıdır, bunun üçün anbardakı su boşaldılmalıdır, fəhlələr girib onun içərisindəki zir-zibili təmizləməlidirlər. Daha sonra dezinfeksiya olunmalıdır. Əks halda sudan zəhərlənmələr və ya hansısa infeksiyanın yayılması qaçılmaz olacaq”,-ekspert vurğulayıb.

Təşkilat rəhbəri deyib ki, anbarlar təmiz olmadığından təzyiqlə vurulan su zir-zibili üzə çıxarır: "Nəticədə mənzillərə çirkli su gedir. Suyun keyfiyyətindən narazı qalan sakinlər bina rəhbərliyindən anbarın təmizlənməsini tələb etməlidirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qurban Qurbanov:

Qurban Qurbanov: “Ağır oyun oldu, vacib xal qazandıq”

Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb

Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb

İlham Əliyev:

İlham Əliyev: “Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir”

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

"Qarabağ"ın azarkeşləri üçün avtobuslar ayrıldı

Prezident beynəlxalq tədbir iştirakçılarını qəbul edib

Prezident beynəlxalq tədbir iştirakçılarını qəbul edib

MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

DTX dini icmalarda yoxlama aparıb

DTX dini icmalarda yoxlama aparıb

Nazirlikdən təkzib:

Nazirlikdən təkzib: “Əlillərlə bağlı layihə müzakirə olunmur”

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur