Mehriban Əliyeva işə qarışdı, "Para" BOKT şəhidin borcunu sildi




Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə "Parabank" rəhbərliyinin aprel şəhidini məhkəməyə verdiyi, evlərini itirmək qorxusunun yarandığı haqda yazmışdı. [b][/b]

Millət vəkili artıq məsələnin öz həllini tapdığını və borcun bağışlandığını qeyd edib. O, I vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrini daim diqqətdə saxladığı üçün xüsusi təşəkkürünü bildirib:

"Para BOKT ASC"-yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkürlər. Şəhid qardaşımız Xaliq bəyin ailəsinin banka bütün borclarını bağışladılar və bununla bağlı sənədləri şəhidimizin anasına ve atasına verdilər. Eyni zamanda ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Mehriban xanımın köməkçisi Anar Ələkbərov zəng edib şəhid anamızla danışdı ve dedi ki, şəhid ailələri Mehriban xanımın xüsusi diqqetindədir və ailənin qayğıları ilə maraqlanır. Bankın rəhbəri Vəli müəllimə operativ münasibəti üçün bir daha təşəkkürlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu