İcra Hakimiyyəti deputat oliqarxın fabrikindəki partlayış haqda




Lerik rayon icra hakimiyyətindən virtualaz.org-a verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İlkin ehtimala görə, broyler fabrikində partlayış qaz sızması səbəbindən baş verib:

“Hazırda İcra Hakimiyyətinin əməkdaşları, icra nümayəndəsi ərazidədir. Mütəxəssislər hadisənin hansı səbəbdən baş verdiyini araşdırır. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır. Çünki partlayış qaz olan hissədə baş verib. Lakin dəqiq məlumat mütəxəssislərin rəyindən sonra məlum olacaq”, - deyə mənbə qeyd edir.

* * *12:29

Lerik rayonunun Piran kəndində yerləşən quşçuluq fabrikinin kəsim sexində partlayış zamanı iki nəfər yaralanıb. Bunu virtualaz.org-a kənd bələdiyyəsinin sədri Nəzakət İbrahimova bildirib.

Bələdiyyə sədri ölənlərin olması ilə bağlı məlumatının olmadığını dedi: “Mən özüm də indi Lerikdə deyiləm. Səhhətimlə əlaqədar Bakıda xəstəxanadayam. Amma mənə məlumat verdilər ki, orada partlayış olub. Hansı səbəbdən olduğu isə bilinmir. Ölənlərin olması ilə bağlı məlumatsızam, ancaq onu bilirəm ki, 2 nəfər yaralı var”, - deyə bələdiyyə sədri qeyd edib.

N.İbrahimova həmçinin broyler fabrikinin Milli Məclisin Lerik rayonundan seçilmiş deputatı İqbal Məmmədova məxsus olduğunu təsdiqləyib.


* * *11:51

Lerik rayonunda broyler fabrikində partlayış olub.

APA-nın xəbərinə görə, hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu