Ramiz Zeynalov ölkə gündəmini zəbt edən qəzadan xəbərsizdir

Xəbərin çap versiyası
Tarix: 5-08-2017, 01:08    |    Xəbər oxunub: 991 dəfə
Ramiz Zeynalov ölkə gündəmini zəbt edən qəzadan xəbərsizdir


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən avtomobil qəzası hadisəsinə qısa münasibət bildirib.

AFN-in məlumatına görə, general R.Zeynalov “Ölkə.Az”-a açıqlamasında hazırda Bakıda olmadığını söyləyib:

“Hazırda cənab Prezidentin iştirak etdiyi tədbirdəyəm, danışa bilmirəm. Ötən gün baş verən hadisə ilə əlaqədar da geniş məlumatım yoxdur. Çünki tədbirdə olmuşam. Hadisənin baş vermə səbəbləri Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır. Şübhəsiz ki, araşdırıldıqdan sonra məsələyə obyektiv qiymət veriləcək”.

Xatırladaq ki, ötən gecə paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov hadisə yerində keçiniblər.

Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş vermiş qəza hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Onu da bildirək ki, qəzadan sonra hadisənin təfərrüatı məlum olub. Belə ki, qəzaya uğrayanlardan biri Baş nazirin müavini, “Qaçkınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevdir. Qəzaya uğrayan “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Galendevagen” avtomobili də Əli Həsənovun nəvəsinə məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu-

Rusiya telekanalında azərbaycanlı və erməni ekspertlər əlbəyaxa oldu- VİDEO

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Azərbaycan Mərkəzi Bankı dolların məzənnəsi barədə

Bakıda əməliyyat:

Bakıda əməliyyat: "Polkovnik" tutuldu

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Parisdə Ermənistan səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb-

Azercell-in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb- FOTOLAR

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“Kanal 13”ün rəhbərinə hökm oxunub

“AAAF Park”da 120 ailə soyuqdan donur

“AAAF Park”da 120 ailə soyuqdan donur

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Eldar Mahmudov yenə istintaqa çağırıldı, 1 milyard dollara görə dindirildi

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Müdafiə nazirinin müavini deputatlara və mediaya çağırış edib

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

Yanvarda maaş və pensiyalar artacaq-

Yanvarda maaş və pensiyalar artacaq- RƏSMİ

Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur