Beləsi cəmiyyət üçün ən təhlükəli insanlardandır- Qənirə Paşayeva




Qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir.

Bunu millət vəkili Qənirə Paşayeva bu gün 9 yaşlı azyaşlının zorlanması ilə bağlı yayılan xəbərə reaksiya verərkən bildirib. Onun sözlərinə görə, Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyi mövzu da məhz bununla bağlı olacaq:

“Yetər artıq! Bu gün bu xəbəri dəhşət içərisində oxudum. Şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir. Belələrinə insan deməyə dilim gəlmir. 9 yaşlı kiçik bir qıza, baldızının övladına, yəni öz ailəsinin üzvünə qarşı bu cür namussuzluq edən birisi cəmiyyət üçün ən təhlükəli insanlardandır. Ailələr bu cür hadisələr baş verdikdə gizlətməməlidirlər, hüquq-mühafiqə orqanlarına müraciət edib, bu cür insanlıq adına ləkə olanların ağır cəzalanmasına nail olmalıdırlar ki, başqalarına dərs olsun.

Eyni zamanda, bu cür əxlaq sahibinin cəmiyyətdə rahat dolaşması mütləq başqa birisinin də övladını və ya övladlarını böyük təhlükə qarşısında qoya bilər. Belələrinin yeri həbsxanadır, cəmiyyətdən təcriddir və məncə bundan da sərt cəzaları haqq edirlər. Millət vəkili F. Mustafanın bununla bağlı mətbuatda səslənən təkliflərini də dəstəkləyirəm. Gör insanı psixoloji olaraq hansı vəziyyətə gətirirlər ki ən ağır, ən sərt cəzaları dəstəkləyirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu