“Maqa” həbs olunmayıb, avqustun 17-si toyudu- ŞOK İDDİA

Xəbərin çap versiyası
Tarix: 8-08-2017, 13:23    |    Xəbər oxunub: 1 013 dəfə
“Maqa” həbs olunmayıb, avqustun 17-si toyudu-


"Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər"



Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən “Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov həbs edilməyib.

Bunu "facebook" sosial şəbəkəsinin istifadəçisi Diana Talışinskaya yazıb. Onun sözlərinə görə, 1 ay inzibati həbs edildiyi deyilən "Mazda"nın sürücüsü "Maqa" ləqəbli Mirməhəmməd İsmayılov toya hazırlaşır:

“Avqust ayının 12-si qız, 17-si isə oğlan toyudu. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Oğlanın da adı Orxandır. Atası, qardaşı polis olanda belə olur. Belə şeyləri “Kurtlar vadisi” kimi seriallarda görmüşdük”.

Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Galendewagen"in sükanı arxasında olan N.Allahverdiyev barəsində 4 aylıq həbs qərarı çıxarılıb. Avtoxuliqanlıqda günahlandırılan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun isə Nərimanov Rayon Məhkəməsinə aparılaraq bir ay müddətinə inzibati həbs cəzasına məhkum edildiyi bildirilmişdi. (aznews.az)

“Maqa” həbs olunmayıb, avqustun 17-si toyudu-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur