Tempus təqaüdündən kənarda qalan tələbə Təhsil Nazirliyini günahlandırdı




Xəbər verdiyimiz kimi, Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı müvafiq anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond son anda müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən imtina edib.

Məsələ AFN-də işıqlandırılandan sonra təqaüddən kənarda qalan yüksək bal toplamış abituriyentlərdən biri redaksiyamızla əlaqə saxlayaraq, problemin Azərbaycan Təhsil Nazirliyindən qaynaqlandığını bildirdi. O,
Tempus Fondu ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirdiyini deyir: “Fonddan soruşdum və mənə bildirdilər ki, “sizin ölkə üçün mühəndislik ixtisası üçün 30 yer nəzərdə tutulub və əsas siyahı üçün 30 nəfər tələb olunub. Amma sizin ölkə 30 dan çox adam göndərib, biz də göndərdikləri siyahı üzrə ilk 30 nəfəri qəbul elədik, sizə verdikləri rank number (reytinq) aşağı olduğu üçün siz siyahıdakı sıralamada ilk 30 nəfərə daxil deyildiz, bu səbəbdən təqaüd ala bilmədiz”. Hansı ki, onların göndərdiyi sıyahı soyada görə yəni əlifba sırası ilə düzülüb reytinq də buna əsasən verilib. Yəni məsələ belədir ki, Təhsil Nazirliyi onlardan tələb olunan kvotanı nəzərə almadan sadəcə 200 nəfərin adın göndərib, amma o 200 nəfər kənd təsərrüfatı və su idarəetməsi sahəsində 40 təqaüd, təbiət elmləri və davamlı inkişaf üçün 30 təqaüd, tibb elmləri üçün 10 təqaüd, turizm üçün 40 təqaüd, mühəndislik, informasiya texnologiyaları və texnologiyalar üçün 30 təqaüd, iqtisadiyyat, biznes və idarəetmə elmləri üçün 40 təqaüd. Əlavə olaraq, Macanstan Tərəfi istənilən maraq dairəsi üzrə ingilis dilində tam doktorantura təhsili üçün 10 təqaüd üzrə bölünməli idi. Bu ayırdıqları kvotaların cəmi 200 edir və bu sadə riyazi əməldi. Təhsil Nazirliyi isə bunu edə bilməyib tələbat az olan ixtisasların yerinə tələbat çox olan ixtisasları doldurub.Konkret desək, ondan 30 mühəndislik və ya 40 iqtisadiyyat istənilib, nəticədə isə bu sahələrə adam kvotadan artıq göndərilib. Bir də bu tələbələri sıralamaqlarını istəyib Macarıstan tərəfi, bizimkilər isə onu soyada görə düzüb heç bir göstəricini nəzərə almadan. Hansı ki, mən özüm DİM imtahanında 670-ə yaxın bal toplamışam, məktəbi fərqlənmə attestatı ilə bitirmişəm, İElTS və SAT kimi 2 beynalxalq imtahandan kifayət qədər yuxarı nəticəm var, fizika olimpiadçısıyam və sairə. İndi burda hansı sıralamadan danışırlar? Macarıstan üniversitetləri də bizi imtahan etdi və məndən də aşağı göstəricilərlə qəbul olunanlar təqaüd aldı, mən isə yox. Yəni ki səhlənkarlığı edən bizim tərəfdi kvotadan artıq adam göndərib və bunları ədalətsizcəsinə əlifba sırası ilə düzüb. Tempusdan təqaüd almaq üçün iki mərhələni keçməlisən, birinci mərhələ ixtisasın üzrə əsas siyahı üzrə kvotaya daxil olmaq - hansı ki, Təhsil Nazirliyi mənə apreldə bildirmişdi ki sən əsas siyahıdasan (amma əsas siyahıdakılar tələb olunandan çox imiş) ikinci mərhələ isə universitetlərdən qəbul almaq - onu da yazdığım hər 3 universitetdən yuxarı faizlə qəbul almışdım, yəni təqaüdü qazanmalıydım, amma sonda məlum oldu ki azərbaycanın göndərdiyi əsas siyahıdan yalnız yazdıqları sıralama üzrə 30 nəfər təqaüd ala bilib. Nəticədə Macarıstan sadəcə dediyini edib mühəndislik üzrə 30 yer qəbul edib və bunu yazdıqları sıralama ilə edib. O təqaüd ala bilməyən 40 nəfəri araşdırsanız, hamısının soyadı axırlardakı hərflərlə başlayan və mühəndislik və iqtisadiyyat kimi tələbat çox olan ixtisaslara müraciət edənlər olduğunu görərsəniz”.

Mövzu davam edəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu