Avtovağzalda özbaşınalıq: kassirlərlə sürücülər əlbir olub...-FOTO

Xəbərin çap versiyası
Tarix: 21-08-2017, 16:38    |    Xəbər oxunub: 556 dəfə
Avtovağzalda özbaşınalıq:


Bakı Beynəlxalq Avtovağzalı ilə bağlı narazılıqları, şikayətləri tez-tez eşidirik. Mətbuatda mütəmadi olaraq yazılar dərc edilsə də, vəziyyət düzəlmir.



Bu günlərdə avtovağzaldakı "bilet fırıldaqları" ilə bağlı redaksiyamıza növbəti şikayət daxil oldu. Şikayəti yerində araşdırmaq üçün üz tutduq Bakı Beynəlxalq Avtovağzalına...

Əvvəlcə kassaya yaxınlaşıb biletlərin qiyməti ilə maraqlandıq. Şəki-Zaqatala istiqamətinə gedən avtobuslara bilet istəsək də, kassadan "yox" cavabı aldıq. Kassir biletlərin qurtardığını bildirsə də, təkidimizdən sonra "qıraq-bucaqdan" yer tapa bildi. Qiymətlər isə müvafiq olaraq 5,63 və 6,69 AZN göstərilirdi.

Daha sonra üz tutduq avtobuslara. Burda isə eşitdiklərimiz isə kassirləri təkzib edirdi. Belə ki, sürücülər avtobuslarda əksər yerlərin boş olduğunu, gediş haqqının isə 10 AZN təşkil etdiyini bildirdilər. Onlara qanunların tələblərini xatırlatdıq, biletləri bu qiymətə satılmamalı olduğunu bildirdik. Aldığımız cavab isə "Bizdə belədir. Gedirsən get, getmirsən getmə" oldu.

Kassalarda şəkil çəkməyə icazə verməsələr də, buna nail olduq. Diqqətlə baxın ki, bilet alarkən aldanmayın.

Avtovağzalda özbaşınalıq:

Avtovağzalda özbaşınalıq:


Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzalının münasibətini öyrənməyə çalışdıq. Amma mətbuat xidmətindən telefon zənglərimizə cavab verən olmadı. (qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycanda bir gündə 84 cinayət törədilib

Azərbaycanda bir gündə 84 cinayət törədilib

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

Nyu-Yorkda Məmmədyarov-Nalbandyan görüşü başlayıb

İstanbulda İŞİD əməliyyatı:

İstanbulda İŞİD əməliyyatı: 30-dan çox əcnəbi tutulub

"Bank of Baku" müştərini belə soyur- FOTOFAKT

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Hərbçi güləşçimiz ermənini məğlub edərək medal aldı

Artur Rasizadəyə ağır itki

Artur Rasizadəyə ağır itki

Vəkil:

Vəkil: “Leyla Şıxlinskaya istintaqa təsir göstərir”

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Azərbaycan yenidən Gürcüstana helikopter göndərdi

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Binəli Yıldırım: “Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək”

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib-

Qənirə Paşayeva Türkiyədə Qazilər Günündə çıxış edərək QHT və KİV-lərə çağırış edib- VİDEO+FOTOLAR

OPEC-in baş katibi Azərbaycanı təriflədi

OPEC-in baş katibi Azərbaycanı təriflədi

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

Bakıda şirkətdən 270 min manata yaxın pul oğurlandı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur