700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda- FOTO

Xəbərin çap versiyası
Tarix: 23-08-2017, 10:42    |    Xəbər oxunub: 685 dəfə
700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-


Bu gün Veysəloğlu Şirkətlər Qrupunda ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentlərlə görüş təşkil olundu.



Tədbirdə iştirak edən Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi İlqar Nuri öz növbəsində gəncləri təbrik edərək onlara yenicə qədəm qoyduqları tələbəlik həyatında müvəffəqiyyətlər arzuladı. İlqar Nuri təmsil etdiyi şirkətin daim savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verdiyini, gələcəkdə onların da Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyət göstərəcəklərinə ümid etdiyini bildirdi.
Daha sonra Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov tədbir iştirakçılarına Azərbaycanın qida sektorunda özünün xüsusi rolu və yeri olan Veysəloğlu qrup haqqında qısa məlumat verərək şirkətin daim gənclərə dəstək olduğunu və gənclərlə birlikdə inkişaf etdiyini bildirib. İ.Məmmədov həmçinin qeyd edib ki, şirkətin Koorporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədris hər zaman öncül yer tutub. O, bildirdi ki, bu gün Veysəloğlu Şirkətlər Qrupunda çalışanların böyük əksəriyyəti gənclərdir və şirkətin bu templə inkişafında məhz bu gənclərin xidmətləri əvəzolunmazdır.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif formatlı layihələr həyata keçirir. Təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.
Görüşdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ən yüksək nəticə qazanmış 15 gəncə Veysəloğlu Şirkətlər Qrupu adından pul mükafatı, eləcə də “Ulduz” şokolad fabrikinin məhsulları təqdim edildi.
Mükafatlandırmadan sonra tələbələr və onların valideynləri “Ulduz” şokolad fabrikində istehsal prosesi ilə yaxından tanış oldular

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-

700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-


700 bal toplamış tələbələr Veysəloğlu Şirkətlər Qrupunda-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur