Lapşin İlham Əliyevə müraciət etdi: “Qarabağ Azərbaycan torpağı olub və olacaq”

Xəbərin çap versiyası
Tarix: 13-09-2017, 10:50    |    Xəbər oxunub: 566 dəfə
Lapşin İlham Əliyevə müraciət etdi:


Bloger Aleksandr Lapşin əfv edilməsindən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq, humanizm nümayiş etdirdiyinə görə minnətdarlıq edib.



“Bu gün öyrəndim ki, Siz mənim əfv edilməyim barədə fərman imzalamısınız. Sizə hədsiz minnətdaram. Yəqin ki. həyatım boyunca heç bir hadisəni bu qədər səbirsizliklə gözləməmişəm!” – Lapşinin surəti virtualaz.org-un redaksiyasında olan məktubunda deyilir.

Azərbaycan prezidentinə müraciətində bloger bildirib ki, etdiyi əmələ görə peşmandır və Dağlıq Qarabağa getdiyi vaxt regionda baş verənlər barədə müfəssəl məlumatı olmayıb.

“İndi Qarabağın Azərbaycan torpağı olması barədə şübhəsiz dəlillər əldə etmişəm. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək”, - məktubda qeyd olunur.

Bloger həmçinin Azərbaycan xalqına işğal olunmuş ərazilərin tezliklə azad edilməsini arzulayıb.

“Bir daha məsuliyyətsiz addımlarımdan peşman olduğumnu bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayışa və rəhminizə görə Sizə çox təşəkkür edirəm.

İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına sağlamlıq, uzunömürlülük, çiçəklənmənin davamını və işğal altında olan torpaqların tezliklə azad edilməsini arzulayım”, - Lapşin yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

Rəsulzadənin xanımının məzarı ilə bağlı müəmma

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur