Azərbaycanlı uşaqların İraqdan gətirilməsi üçün danışıqlar aparılır




"Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin fətvası var. Bununla bağlı məlumat kütləvi informasiya vasitələrində yayılıb. Fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək və aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq".

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, Aşura tədbirləri ilə bağlı monitorinqlər aparılacaq.

"Komitənin yerlərdə şöbələri var. Məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk və bu, davam edəcək. Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsi haqqında məlumatlanmaqdır".

Mübariz Qurbanlı daha sonra İŞİD-dən xilas edilən iki azərbaycanlı uşağın ölkəyə gətirilməsi ilə bağlı jurnalistlərin sualını cavablandırıb. Komitə sədri bildirib ki, Azərbaycanın müvafiq qurumları tərəfindən valideynləri İŞİD-ə qoşulan və hazırda İraqda qalan uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər aparır.

"Komitədə bununla bağlı məlumat var. Ancaq bu məsələ ilə başqa dövlət qurumları məşğul olur. Əminəm ki, məsələ öz həllini tapacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu