Dövlət Komitəsi İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan azərbaycanlı uşaqlar haqda




Suriyanın İŞİD-in işğalından azad edilən ərazilərində tapılan uşaqlar ölkəmizə qayıtdıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin azyaşlıların sosial, psixoloji problemlərinin həllinə yardım edəcək.



Komitədən Trend-ə verilən məlumata görə, hazırda həmin uşaqların ölkəmizə geri qaytarılması üçün aidiyyəti qurumlar iş aparır: “Bu işlər bizim səlahiyyətimizdən kənardır. Bu məsələ ilə təhlükəsizlik qurumları məşğul olur. Lakin o uşaqlar qayıtdıqdan sonra onların ailələrə qaytarılması, doğmalarının tapılmasına yardım edəcəyik”.

Qeyd edək ki, Rusiya KİV-ləri Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın tapılması barədə xəbər vermişdilər. Uşaqlar ata-analarının öldüyünü bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu