Mitinqlə bağlı 9 nəfər həbs olunub

Xəbərin çap versiyası
Tarix: 23-09-2017, 10:54    |    Xəbər oxunub: 546 dəfə
Mitinqlə bağlı 9 nəfər həbs olunub


Bu gün Milli Şura mitinq keçirəcək. Saat 15.00-dan 17.00-dək “İnşaatçılar” metrostansiyası yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçirilməsi planlaşdırılan mitinqə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) razılıq verib.



Mitinqə icazə verilsə də, mitinqçilərə qarşı artıq cəza tədbirləri başlayıb. Hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, aksiya ilə bağlı xüsusi fəallıq göstərən 9 nəfər saxlanılıb. Onların barəsində 10-15 gün müddətinə saxlanma qərarı qəbul edilib. Saxlanılan şəxslərin "vətəndaşları mitinqdə iştiraka təhrik etdiyi, qalmaqal yaratmağa cəhd göstərdiyi və digər hüquqazidd əməllər törətdiyi" bildirilir. Həmçinin o da qeyd edilib ki, "qanunun tələblərini pozan hər bir şəxs barədə müvafiq ölçü götürüləcək".

Qeyd edək ki, mediada hakimiyyətin xüsusi tapşırığı əsasında universitet, orta məktəb, səhiyyə sistemi və bütün kateqoriyadan olan büdcə təşkilatlarında Milli Şuranın mitinqinə qatılma ehtimalı və potensialı olan hər kəsin bəri başdan siyahılaşdırıldığı barədə məlumat verilmişdi.

Xəbərə görə, mitinq keçiriləcək meydana – Məhsul stadionuna xüsusi kameralar quraşdırılıb. Əsasən giriş-çıxış nöqtələrinə quraşdırılan kameralar üztanıma proqramlarına qoşulub. Bütün bu fəaliyyət nəticəsində mitinqdən dərhal sonra cəza tədbirləri işə düşəcək. Bununla da hakimiyyət Mili Şuranı və bütövlükdə müxalif düşərgənin elektoratını zəiflətməyi, mitinqlərə qatılan, yaxud da gələcəkdə də qatılmağı düşünən vətəndaşları qorxudaraq, çəkindirməyi hədəfləyir. Məlumatda deyilir ki, müxalifətin indiki zəif halında bütün bunları etmək isə heç də ciddi problem yaratmır. Çünki onun elektoral bazası çox zəifdir, mitinqə çıxanların sayı azdır. Bu səbəbdən də cəmi bir neçə günlük fəaliyyətlə bütün mitinq iştirakçılarının kimliyini təsbit etmək mümkün olur.

Xatırladaq ki, Milli Şuranın 8 aprel mitinqindən sonra da iştirakçılara qarşı cəza tədbirləri görülmüşdü və bir sıra şəxslər işlədikləri yerlərdən kənarlaşdırılmışdı. (qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türk azarkeşlərdən “Qarabağ”a

Türk azarkeşlərdən “Qarabağ”a möhtəşəm dəstək-FOTOLAR

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstanda 13 Azərbaycan vətəndaşı saxlanılıb

"Baku Electronics"dən müştəriyə onlayn satışda kələk

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Ermənistanla bağlı Azərbaycanda çəkilmiş film Rusiyada qadağan edilib

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

Kataloniya rəhbərliyi hakimiyyətdən kənarlaşdırıldı

“Barselona” Arda Turanı satmaq istəyir

“Barselona” Arda Turanı satmaq istəyir

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Barama FinTech Hackathon 2017 Mobile App layihəsinə qeydiyyat başladı

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Qənirə Paşayevadan televiziyalara şəhidlərlə bağlı çağırış

Müdafiə nazirindən qoşunlara tapşırıq

Müdafiə nazirindən qoşunlara tapşırıq

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

Gənc xanəndə Pərviz Qasımov solo konsert verəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur