“26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi




Bakının Sabunçu rayonundakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirilib.



Həmin küçə “2 aprel” adlandırılıb.

AFN “Report”a istinadən xəbər verir ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) rəsmi açıqlama almaq istənilsə də, RİH-dən bildirilib ki, küçənin adının dəyişdirilməsi ilə bağlı sualı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavablandıra bilər.

BŞİH-in mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə məsələdən xəbərsiz olduğunu, Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.

Qeyd edək ki, Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, həmin küçənin “26 Bakı komissarı”nın adına olması mətbuatda və sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu