Müəllim olmaq ən qutsal işdir!




Səadət KƏRİMİ

Gerçəkləşdirilməsi hər keçən gün zorlaşan öyrətmənlik məsləğinin, müəllimlik peşəsinin ta əzəl gündən, Şümerlər zamanında da çətin olduğunu bilirik. Minlərcə il öncəsiylə günümüz arasındakı fərq bəlkə də günümüzdə elə hər kəsin öyrətmən ola bilməməsidir! Əsl müəllimlik fədakarlıq tələb edir, nəzəriyyərlərdə verilməmiş xususiyyətlər tələb edir hansılar ki öyrətməklə deyil gərək insanın qabında ola!



Öncə bir neçə testdən keçib universitetə qəbul olmaq, sonra dörd-beş il boyunca yüzlərcə imtahanları başarı ilə keçib diplom almaqla iş bitmir. Müəllim olmağa hazırsanmı? Xeyr! Şansın varsa təyin olunursan, işə düzəlirsən ve dərdə dəyməyən aylıq maaşla işə başlayırsan… Sahib olunanlarla sonsuza qədər yetəcəyinə olan inancla yola düşmək, yani idealist bir yaxlaşımla, böyük bir ürek, həyacan və cəsarətlə öyrətmən olmaq!

Üniversitetdə öyrəndiyiniz çox saylı nəzəriyyələrin və bu bilgilərin məktəblə ilgili haradasa heç bir gerçəkliyə uyğun olmadığını ilk il ərzində anlaşılır. Bu müddətdə müəllimlər üçün gerçək nəyi isə öyrədən məhz öğrəncilər (şagirdlər, tələbələr), valideynlər və toplum olur.

Hər nə qədər millî təhsilin təməl məqsədləri içərisində təhsilə imkan bərabərliyindən bəhs edilsə də ölkənin hər yerində eyni imkanların təqdim edilmədiyində görüləcək bir başqa gerçək var və olacaq. Ona görə də bu çatışmazlıqlar olan şəraitdə gənc müəllimlərin sahib olduqları yalnız böyük ürəkləri və bəlkə onlara yardım edəcək yaxşı niyyətli sadəcə bir neçə insan olur.

Hər peşənin öz çətinlikləri vardır. Ancaq özünü və istedadını, öz qabiliyyətlərini kəşf edən, sosiəlləşməyə çalışırkən bir şəxsiyyət, bir kimlik qazanmağa çalışan, bəzən gözü qara, bəzən melanxolikaya qapılmış, hər zaman anlayış gözləyən, hər zaman haqqlı olan və hər zaman səhf etməyə hazır gənclərə, bir şeyləri öyrətməyə çalışan insanlar üçün başqa bir məslək yoxdur!

Bu, qarşılığı olmayan və sevgisiz görülə bilməyəcək bir məsləkdir!

Çox vaxt öz ailəsini və problemlərini unudaraq gəldiği məktəbdə bütün bilgisini, savadını və təcrübəsini şagirdlərinə/tələbələrinə köçürür, onların akademik müvəffəqiyyətlərini bəzən də həyacanlarını, dərdlərini də paylaşır müəllim! Əsl müəllim! Bu çox böyük bir özveri, fədakarlıq gərəkdirir! Müəllimlik elə bir məsləkdir ki bu məsləkdə insanın öz tələbəliyi də yaşam boyu davam etməkdədir. Yaşadığımız bu globallaşma dövründə, kültür imperializmində, texnologiyanın sürətlə inkişaf etdiyi çağımızda müəllimlər şagirdlərdən, tələbələrdən geri qalmamaq üçün ayrıca çətin daha bir tapşırığı öhdəsinə götürmüş olur.

Gecə və gündüzlərinin bir-birinə qarışdığını, öz sorunlarını çöldə buraxıb sinifin qapısını örtərək şagirdləri, tələbələri ilə görüşdüyünü, onların sıxıntılarını öz sıxıntılarının üzərində tuttuğunu, xəstələnəndə dərmanlarla ayaqda qalaraq məktəbə gələn müəllimləri kim bilir?

Tənəffüs zamanlarında da dincələ bilməyib, bir rahat çay içə bilməyib şagirdlərin suallarına cavab verən insanları, onlarla sosial projelər gerçəkləşdirdiyini, bəzən yardım kampaniyaları iləşagirdlərinin bir şeylər düzəldərək bunları ehtiyacı olan digər məktəblərdəki şagirdlərlə paylaşmalarını sağladığını, şeir dinlətiləri, kitap oxuma günləri, idman və musiqi yarışları, gəzilərdə də onların yanında olduğunu kim anlar?

Ana və atalarının çox zaman üstlənmədiyi rollarıda üstlənərək şagirdlərinə məsuliyyətlər verərək onların inkişafını sağlayan, onların müvəffəqiyyətləri ilə, başarılarıyla mutlu olduğunu hiss edən, onlar üzüldüklərində bəlkə də onlardan çox üzülən insanlardır müəllimlər!

Bu qədər cürbəcür yüksək sorumluluq alan müəllimlərin müvəffəqiyyətli ola bilməsi üçün onlara haqq etdikləri etibarın geri verilməsi, iqtisadi anlamda inkişaf etmiş ölkələrdə sağlanan imkanların sağlanması gələcəyimizi əmanət edəcəyimiz uşaqlarımız üçün həyati önəm daşımaqdadır.

Şərtlər nə olursa olsun bu ölkənin aydın insanları müəllimlər olmalı və onlar gələcəyimizin təminatı uşaqlarımıza sahib çıxmalıdırlar.

Bu ölke üçün bütün çətinlikləri gözə alaraq hər cür yaşamsal və toplumsal mübarizəyə girərək evladlarımızın yetişməsinə əmək verirkən şəhid olmuş, əbədiyyata köçmüş və ya məsləyine davam edən müəllimlərə, öyrətmənlərə ən içtən minnətdarlıq duyuram və məslək bayramınız kutlu olsun, mübarək olsun deyirəm!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu