Çingiz Qənizadə: "Hacı Qalib üzr istəsə, onu bağışlayaram"




Bu gün millət vəkili Çingiz Qənizadənin sabiq həmkarı Qalib Salahzadəyə qarşı şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.



Hacı Qalibə qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə qaldırılmış iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası saat 11:15-də, Sabunçu Rayon Məhkəməsində baş tutacaq.
Deputat Çingiz Qənizadə sabahkı məhkəmə ilə bağlı AzVision.az-a bildirib ki, Hacı Qalib, haqqında səsləndirdiyi fikirlərə görə üzr istəsə, onu bağışlamaq olar.
"Bu məsələdə fikrim qətidir. O, haqqımda dediyi sözlərə məhkəmədə aydınlıq gətirməlidir. Əgər Hacı Qalib üzr istəsə, fikirlərini izah edə bilsə, onu bağışlamaq məsələsinə baxmaq olar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu