ADU XI Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunub- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 6-10-2017, 18:24    |    Xəbər oxunub: 540 dəfə
ADU XI Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunub-

Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılış mərasimi keçirilib. “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə Azərbaycan Dillər Universiteti (ADU) də geniş təmsil olunub.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.

İştirakçıları salamlayan təhsil naziri Mikayıl Cabbarov bildirib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən bu sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur. Nazir sərginin ziyarətçilərə təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər yetirmək, startapçıların innovativ layihələri ilə tanış olmaq, əcnəbi universitetlərlə birgə əməkdaşlığın ümumi spektrini izləmək imkanı yaratdığını qeyd edib.

Sonra stendlərə baxış keçirilib. Təhsil naziri Mikayıl Cabbarov ADU-nun stendi ilə də tanış olub. Nazirə ADU-da fəaliyyət göstərən beynəlxalq mərkəzlər, xarici universitetlərlə əməkdaşlıq, xaricdə təhsil imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Ziyarətçilər qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər.

ADU təmsilçiləri də sərgi iştirakçılarına və ziyarətçilərə universitet haqqında ətraflı məlumat veriblər. ADU-nun Təhsil fakültəsinin tələbələri Rəna Süleymanlı və Mehman Hüseynli gün ərzində iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırdıqlarını bildirirlər. R.Süleymanlının sözlərinə görə, sərgi ilə maraqlananların sayı çoxdur. Onların içərisində tələbələr, müəllimlər, abituriyentlər, universiteti bitirənlər, hətta xarici vətəndaşlar da var. ADU-da hansı dillərin tədris olunması və xarici proqramlara müraciət qaydaları iştirakçıları ən çox maraqlandıran suallardır.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur