"Nizaminin əsərlərinin dili fars, üslubu türkdür"- Cahid İsmayıloğlu


"Nizaminin əsərlərinin dili fars, üslubu türkdür"-


"Nizami Gəncəvi XII əsrində yazıb-yaratmış Azərbaycan şairi və mütəfəkkiridir. Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb-yaratmış və heç vaxt doğulduğu şəhərdən kənara çıxmamış şairin tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvidir. Türk dilindən başqa, ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu əsərlərindən aydın görünür. Nizaminin əsərlərinin dili fars, ancaq üslubu türkdür".

Bunu AFN-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Cahid İsmayıloğlu bildirib. N.Gəncəvinin ibtidai siniflər üçün nəzərdə tutulmuş dəftərlərin üzərində fars ədəbiyyatının nümayəndəsi kimi təqdim edilməsinə münasibət bildirən C.İsmayıloğlunun sözlərinə görə, dahi türk dilçisi və ensiklopedisti Kaşğarlı Mahmudu fars dilində yazıb-yaratdığı üçün fars saymaq hansı məntiqə sığırsa, Nizamini də bu dildə yazdığı üçün fars şairi adlandırmaq eyni məntiqə sığar. İkinci bir tərəfdən Nizaminin yaradıcılığını başdan ayağa, bütöv şəkildə təhlil etdikdə şairin azərbaycan türkü olduğu açıq-aşkar görünür. Bu artıq çoxdan sübut olunub, bunu biz sübut etmişik.
Nizamiyə sahib çıxmaq istəyənlər həmişə olub, olacaq da... Biz sadəcə olaraq ədəbiyyatımızı və Nizami Gəncəvini dünyada yaxşı təbliğ etməliyik. Görün Nizami və ümumilikdə Azərbaycan ədəbiyyatı nə qədər zəngindir ki, ona sahiblənmək istəyənlər çoxdur. Ümumiyyətlə mən düşünürəm ki, Nizaminin hansı millətin ədəbiyyatına mənsub olduğu barəsindəki mübahisələr, çəkişmələr mənasızdır. Əgər farslar Nizamini fars ədəbiyyatına mənsub hesab edirlərsə, ən azından o dildə yazdığı üçün buna haqqı çatır. Çünki fars dilində yazan şair həm də o dilə də, o dilin ədəbiyyatına da xidmət etmiş olur".

Xatırladaq ki, "Oyal" şirkətinin istehsalı olan ibtidai siniflər üçün nəzərdə tutulmuş dəftərlərin üzərində N.Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi təqdim olunur. Maraqlıdır ki, eyni məsələ vikediyada da yer alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu