Tənzilə Rüstəmxanlı: "Özünə hörmət edən nazir üzr istəyib, istefa verməli idi..."

Xəbərin çap versiyası
Tarix: 13-10-2017, 16:00    |    Xəbər oxunub: 729 dəfə
Tənzilə Rüstəmxanlı:


"Xəritənin dərsliklərə salınmasının təxribat olduğunu dəqiq demək mümkün deyil, amma ortada çox ciddi xəta var”.

Bunu Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. O bildirib ki, bu hadisə Ermənistanın nail olmaq istədiyi, ermənilərin uydurmalarla bütün dünyanı inandırma siyasətinə dəstək durmaqdır: "Biz mübarizə aparırıq ki, ermənilər saxtakardır, tariximizi təhrif edir, torpaqlarımızı işğal edir, Qarabağ ermənilərin torpağı deyil, indiki Ermənistan ərazisi Azərbaycanın tarixi torpaqlarıdır. Belə məqamda Təhsil Nazirliyində qalmaqallı xəritə dərsliyə salınır. Kitabın müəllifi isə bəsit şəkildə əsaslandırır ki, xəritəni vikipediadan götürüb. Bu azmış kimi üzr də istəyirlər. Xətanın üzürü günahından betərdi, üzrlə həll ediləsi məsələ deyil. Bu, çox ciddi problemdir. Qonşu ölkələrin mətbuatı nə yazacaq, sonrakı işdir. Yazılacaq ittihamları, faktları onların əlinə biz vermişik, Təhsil Nazirliyi, onun işçiləri, müəlliflər günahkardır. İllərdir deyirik, bir milləti məhv etməyin yolu onun təhsilini pis vəziyyətə qoymaqdır. Aydın görünür ki, təhsilimiz çox pis vəziyyətdədir. Yüzlərlə verilişlərdə, televiziyada, mətbuatda dəfələrlə demişik. Uzun müddət davam edən təhsilin korlanması sanki final nöqtəsinə çatıb.

Dərslikdəki qalmaqala görə məktəblər tarix dərsliksiz qalıb. Bunun məsuliyyətini daşıyır? Tarix dərsliyi çap olunanda ekspertlər harada idilər?”

T.Rüstəmxanlı əlavə edib ki, ən böyük düşmənimiz belə Azərbaycan xalqına qarşı bu cür addım atmazdı: "Amma burada ciddi düşmən əli var. Bu düşmən də Azərbaycan xaqlının milli təfəkkürünü daşımır. Dəhlizlərində rusca danışılan nazirlikdən bundan artıq nə gözləmək olardı?

Məsələdə kimin günahlandırılmasından, hansı dövlətin təxribatı olmasından asılı olmayaraq, nəticə dəyişmir. Fakt budur ki, problem həll olunmayıb.

Bu cür ciddi məsələdə özünə hörmət edən nazir insanlardan üzr istəyib, istefa verməli idi. Lakin hazırkı vəziyyət cəzasızlıqdır”.

Qeyd edək ki, ötən həftə ölkə gündəmini zəbt edən "Azərbaycan tarixi" dərsliyindəki səhv Türkiyə mediasında da işıqlandırılıb. Bu barədə yazan "Sözcü" qəzeti qalmaqallı iddia irəli sürüb. Nəşr sözügedən məsələnin arxasında Rusiyanın dayandığını yazır.(sherg.az-a )



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident “Fəxri Fərmanla” təltif etdiyi Xəyal Əhmədov erməni idmançını belə nakaut edib-

Prezident “Fəxri Fərmanla” təltif etdiyi Xəyal Əhmədov erməni idmançını belə nakaut edib- VİDEO

Lider TV-nin canlı efirində deputata savadsız dedilər-

Lider TV-nin canlı efirində deputata savadsız dedilər- VİDEO

"Türk səddi"nin 781 kilometri tamamlanıb

Bioloji Təbabət Klinikasından jurnalistlərə

Bioloji Təbabət Klinikasından jurnalistlərə ENDİRİM-50 faiz güzəşt

Dekabrın 30-da hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Dekabrın 30-da hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Nərimanovda Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Tələbə Kuboku” mini futbol turniri keçirilib

Nərimanovda Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Tələbə Kuboku” mini futbol turniri keçirilib

Çovdarovun

Çovdarovun "krışası" altında 43 mənzili təkrar satıb- İndi özünü zərərçəkən kimi təqdim edir

MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Moskvaya toplaşırlar

MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Moskvaya toplaşırlar

28 ölkədə 97 jurnalist həlak olub

28 ölkədə 97 jurnalist həlak olub

Bayramdan sonra dizel yanacağı bahalaşa bilər

Bayramdan sonra dizel yanacağı bahalaşa bilər

Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi?

Məktəblərdə Yeni il şənlikləri keçiriləcəkmi?

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur