Azərbaycanın Dövlət Müstəqilliyi ən böyük sərvətimizdir


Azərbaycanın Dövlət Müstəqilliyi ən böyük sərvətimizdir


Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpası günü münasibətilə tədbir keçirilib.



ATMU-nun rektoru İlham Mədətov çıxışında diqqətə çatdırıb ki,müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan isə 70 ildən sonra yarandı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Rektor ölkəmizin tarixi taleyində ən şərəfli günlərdən biri olan 18 oktyabr 1991 –ci ilə qədər və ondan sonrakı dönəmləri detallı şərh etdi.Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tərəfindən ,o cümlədən BMT-yə üzv qəbul olunmqla (2 mart 1992) beynəlxalq aləmdə de-fakto tanındığını dedi.

ATMU-nun İctimai fənlər kafedrasının müdiri İbrahim Əliyev,dosent Məhərrəm Zülfüqarlı,Bünyamin Qənbərov və digər iştirakçılar qeyd etdilər ki, dövlət müstəqilliyinin bərpasından sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə yenidən qayıdışı sayəsində müstəqilliyimiz,dövlətimizin siyasi və iqtisadi sütunları möhkəmləndi. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində mühüm addımlar atıldı. Son 26 il ərzində ölkəmiz genişprofilli inkişaf strategiyasına görə nəinki regionda, dünya iqtisadiyyatının bəzi istiqamətlərində lider mövqeyə sahibləndi.

Tədbirin sonunda iştirakçılar tərəfindən “ATMU-nun ali təhsil müəssisəsi olaraq ixtisaslı və peşəkar kadr hazırlığı sahəsində uğurlu fəalyyətini hər zaman davam etdirəcəyi, müstəqilliyimizin möhkəmlənməsində vətəndaş mövqeyini qoruyub saxlayacağı” fikri xüsusi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu