Dünyanın ən zəngin adamı Ceff Bezos oldu- Bill Qeyts ikincidir


Dünyanın ən zəngin adamı Ceff Bezos oldu-


"Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamıdır.


Bu barədə "Forbes” jurnalı məlumat yayıb.

Bezos "Amazon”un səhmlərinin kəskin artması nəticəsində "Microsoft”un sabiq rəhbəri Bill Qeytsi geridə qoyub. Son 24 saat ərzində "Amazon”un səhmlərinin qiyməti 10% artıb.

"Forbes”-in məlumatına görə, hazırda Bezosun sərvəti 93,1 milyarddır.

Qeyd edək ki, bu ilin iyununda "Amazon" şirkətinin səhmlərinin bahalaşması Ceff Bezosu dünyanın ən varlılarının siyahısında birinci yerə çıxarmışdı. Lakin sonradan səhmlərin ucuzlaşması nəticəsində Bill qeyts statusunu geri qaytarmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu