"Azərsun"dan erməni mahnısı qalmaqalına münasibət


"Azərsun"dan erməni mahnısı qalmaqalına münasibət


“Azərsun Holdinq” şirkəti “Azərçay”ın sponsor olduğu “Pole çudes” verilişində erməni separatçılarının mahnısının səsləndirilməsinə münasibət bildirib.

AFN-in məlumatına görə, şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov Oxu.Az-a açıqlamasında deyib ki, separatçıların mahnısının efirə getməsindən dərhal sonra verilişin aparıcısı Leonid Yakuboviçlə əlaqə saxlanılıb və ciddi etiraz bildirilib. Hadisəyə aydınlıq gətirən Leonid Yakuboviç bunun təsadüf olduğunu deyib: “Bu, qonağın öz təşəbbüsü idi. Mən erməni dilini bilmirəm və bu səbəbdən heç nə başa düşməmişəm”.

Öz növbəsində “Birinci” kanalın rəhbərliyi verilişin bu hissəsini YouTube portalından silinəcəyi və insidentə görə günahkar əməkdaşların cəzalandırılacağına söz verib.

Bundan əlavə, “Pole çudes” verilişinin dekabrın 15-də yayımlanacaq efirində Azərbaycan və Qarabağla bağlı dəqiq və ətraflı məlumatlar veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu