Akif Çovdarova hökm oxundu


Akif Çovdarova hökm oxundu


Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işi üzrə zərərçəkmişlərin vurulmuş mənəvi zərərin tutulması barədə mülki iddiaları təmin edilməyib.

Cinayət işi üzrə 16 nəfər mənəvi zərərçəkmiş şəxs qismində tanınıb.

Təqsirləndirilən şəxslərdən Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il , Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

ƏMLAKLARI MÜSADİRƏ OLUNDU

Bundan əlavə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə edilib.

"Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qaldırdığı mülki iddiaya baxılıb.

Qərara əsasən, adları sadalanan şəxslərin 2,9 milyon manatlıq mülkləri müsadirə edilib.

Bundan başqa, A.Çovdarov və digərlərinin rütbələrinin əllərindən alınması barədə qərardad çıxarılıb. Qərardadda qeyd edilib ki, bununla bağlı müvafiq qurumlara təqdimat verilib. Həmin qurumlar sənədləri hazırlayıb, prezidentə göndərəcək.

Həmçinin cinayət işi üzrə maddi zərərəçəkmişlərin bəzilərinin mülki iddiaları təmin edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu