Fədayə Laçının həbsdən qaçırdığı məhbusla FOTOSU yayıldı


Fədayə Laçının həbsdən qaçırdığı məhbusla


Bir neçə gün əvvəl Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək həbs edilən Fədayə Laçının yeni fotosu yayılıb.

AFN xəbər verir ki, tezadlar.az saytı müğənninin qaçmasına yardım etdiyi Etibar Məmmədovla birgə görüntülərini əldə edib. Görüntülərdən aydın olur ki, hər iki şəxsin arasında isti münasibətlər olub.

Xatırladaq ki, Fədayə Laçın 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub.

Müğənni hazırda axtarışda olan Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verib və dustaqların qaçmasına yardım edib. Bu qaçış uzun müddət əvvəl planlaşdırılıb.

Fədayə Laçının həbsdən qaçırdığı məhbusla



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu