Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir…- FAKT

Xəbərin çap versiyası
Tarix: 13-11-2017, 11:43    |    Xəbər oxunub: 739 dəfə
Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir…-


Prezident İlham Əliyev noyabr ayının 10-da Gəncə şəhərinə səfər etmişdi.



AFN "Ölkə.Az"-a istinadla xəbər verir ki, İ.Əliyev səfər çərçivəsində əvvəlcə dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub, sonra isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevdən abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat alıb.

Bundan sonra Prezident İlham Əliyev bir sıra açılışlarda iştirak edib. O, Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak etdikdən sonra şəhərdə tikilən "Majestic Palace” otelinin tikintisi ilə tanış olub. Daha sonra Gəncə şəhər 1 saylı tam orta məktəbdə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də maraqlanıb.

Dövlət başçısı həmin gün Azərbaycan Dövlət Aqrar Universitetinin yeni inşa olunan yataqxana kompleksinin açılışını edib. Bununla yanaşı "Grand Qafqaz” Ticarət Kompleksinin, Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının və "Yeni Gəncə” yarımstansiyasının açılışlarıında iştirak edib.

Qısa səfər çərçivəsində bir çox açılış həyata keçirən Prezidentin bu səfərini isə Gəncə şəhər İcra Hakimiyyətinin rəsmi veb səhifəsi olan ganja-ih.gov.az hələ də işıqlandırmayıb. Saytda olan ən son məlumat 30 oktyabr 2017-ci ildə dərc edilmiş və icra başçısı Elmar Vəliyevin də iştirak etdiyi Gəncədə Türkiyənin Cümhuriyyət bayramının qeyd edilməsinə aid xəbərdir.

İcra hakimiyyətinin saytının hazırkı vəziyyətini təqdim edirik:

Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir…-

Prezidentin Gəncəyə səfərini İcra Hakimiyyəti görməzdən gəlir…-




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur