Akif Çovdarov bəraət istəyir


Akif Çovdarov bəraət istəyir


Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya A. Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. O qeyd edib ki, əmlakı dövlətin xeyrinə müsadirə olunan zərərçəkmişlər də apellyasiya şikayəti veriblər.

Şikayətdə təqsirləndirilən şəxslərə bəraət verilməsi istənilir.

İşə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub.

Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu