YAP-çı deputat parlamentdə bankları sərt tənqid etdi


YAP-çı deputat parlamentdə bankları sərt tənqid etdi


“Kommersiya bankları insanlardan dollarla nisbətdə sığortalanmış vəsaiti 3 faizdən götürür, 12 faizdən yuxarı verir. Arada qalan fərqi özü üçün sərf edir. Sabah bir problem yarananda camaatı dövlətin üstünə göndərir”.



Bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, qazanan kommersiya bankı olub, burada dövlət elə bir qazanc əldə etməyib: “İndi həmin şəxslər zəhmət çəkib problemli kreditlərin bağlanmasına köməklik göstərsin. 10 illərlə qazanıblar. İndi vətəndaşın həmin probleminə kömək etmək lazımdır. Bank 12 faizlə depozit götürür, həmin vəsaiti 28-30 faizlə vətəndaşa kredit verir. Burada 2-3 dəfə fərq yaranır. Bunlara ciddi nəzarət olmalıdır ki, heç olmasa yaratdığı problemləri aradan qaldırsınlar. Vətəndaşların hüququ qorunsun və onları dövlətdən narazı salmasınlar”. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu