Hikmət Babaoğlu: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”


Hikmət Babaoğlu:


“Son zamanlar autizm xəstəliyi geniş yayılıb. Əgər sağlam gələcəyimizi düşünürüksə, bu problemin həlli üçün mərkəzlər yaradılmalı, dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə, reabilitasiyasına ciddi dəstək verməlidir”.



APA-nın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə büdcə müzakirələri zamanı deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu, kifayət qədər maliyyə vəsait tələb edir.

Hikmət Babaoğlu həmçinin inklüziv təhsilin əhəmiyyətinə toxunaraq valideynlərinin hər ikisi əlil olan tələbələrin təhsil haqqından azad edilməsi məsələsinə diqqət yetirib. “Valideynlərinin hər ikisinin I və ya II qrup əlil olan tələbələr təhsil haqqından azad edilməsi dövlət büdcəsi hesabına edilməyə də bilər. Bunu ali məktəblər özləri də edə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu