Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır”

Xəbərin çap versiyası
Tarix: 21-11-2017, 20:33    |    Xəbər oxunub: 556 dəfə
Deputatdan Elman Rüstəmova irad:


"Qanuna dəyişikliklər edilərək Dövlət Neft Fondundan büdcəyə transferin həcminin yuxarı həddi müəyyən edilməlidir”.



Bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Vahid Əhmədov deyib. Deputat AMB sədrinin pul qıtlığının olmaması ilə bağlı fikirlərinə də münasibət bildirərək etiraz edib.

Onun sözlərinə görə, son bir il ərzində 3,7 mlrd. manat dövriyyədən çıxıb: "Ölkədə inkişaf pul kütləsi hesabına olmalıdır. Pul kütləsinin kifayət qədər olmaması hesabına 2017-ci ildə iqtisadi geriləmə baş qeydə alınır”. V.Əhmədov vurğulayıb ki, bank sistemində problem ölkənin əsas problemidir: "Azərbaycanda bank sistemi dağılır”.

Deputat həmçinin bildirib ki, qiymət məsələsində dövlətin xüsusi strateji yol xəritəsi olmalıdır: "Qiymətlərin belə artması şəraitində əmək haqları nə qədər artsa da, insanların həyat şəraitini yaxşılaşdırmaq mümkün olmayacaq. Azərbaycanda qiymət siyasəti yoxdur. Qiymətlər niyə qalxır? Səbəbi nədir? Milli valyutanın məzənnəsi dəyişmir. İxrac idaxlı üstələyir. Qiymətlərin sürətlə dəyişməsinin bazası olmalıdır. Daxildəki inflyasiyanın kim yaradır. Niyə qiymətlər gün-gündən qalxır? Gömrük rüsumu aşağı salınsa da, yağın qiyməti aşağı düşmədi, 18-24 manat arasında dəyişir. Bu, sadəcə bir nümunədir. Bütün qiymətlərdə eyni vəziyyətdir. ƏDV-ni differensiallaşdırmaq lazımdır. Xaricdən gələn bütün mallara eyni vergi qoyulmamalıdır”. (azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur