Millət vəkili: Samir müəllim şəhid ailələri və Qarabağ qazilərinə nə cavab verək?




Millət vəkili Q.Paşayeva Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxışında şəhid ailələri və Qarabağ qazilərinə verilməli olan sığorta pulunun ödənilməsində yaranan problemlərdən danışıb.



O, çıxışında bildirib: ”Şəhid ailələri bizim baş tacımızdır, ən dəyərlimizdir. Onlar bizim qəbulumuza gələrək və ya hər hansı bir tədbirdə görüşdüyümüz zamanı mütləq bu məsələni qaldırır və həmin vəsait nə zaman veriləcək deyə soruşurlar və buna ehtiyaclarının olduğunu deyirlər. Onlara cavab verə bilmirik. Ailələrin əksəriyyətinin həmin pula böyük ehtiyacı var. İndi hökumət üzvlərimizdən, maliyyə naziri Samir müəllimdən soruşmaq istəyirəm ki nə cavab verək o ailələrə. Nə zaman veriləcək bu vəsait deyək. Gələn ilin büdcəsində bununla bağlı məsələ nəzərdə tutulubmu? Bu məsələnin öz həllini tapmasını xahiş edirik. Çünki bu çox vacib bir məsələdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu